"Barselona"dan Xerardo Martinoya yeni müqavilə
"Barselona" baş məşqçisi Xerardo Martino ilə müqaviləni uzatmaq qərarı verib.

Rəhbərlik argentinalı çalışdırı ilə sözləşməni 2016-ci ilə qədər uzatmaq istəyir. Bununla bağlı klub Martinoya rəsmi müqavilə təklif edəcək.

Qeyd edək ki, Martino ötən ilin iyul ayında "Barselona" ilə iki illik müqavilə imzalayıb.

Xəbər 836 dəfə oxundu.