«Rabitə» ilk görüşdə qalib gəldi

Bakının qadın voleybolçulardan ibarət «Rabitə» klubu gün Qətərdə keçirilən klublararası dünya çempionatında bu gün debüt edib. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan çempionu ilk matçında “Çanq”la (Tailand) qarşılaşıb.

Yarışda çempionluğu hədəfləyən voleybolçularımız yarışa qələbə ilə başlayıblar. Onlar kifayət qədər sürətli voleybola üstünlük verən və birinci görüşdə “Sollis Nestle”yə (Braziliya) 1:3 hesabı ilə uduzan Asiya çempionuna 3:1 hesabı ilə qalib gəliblər (25:19, 21:25, 25:15, 25:17).

Xəbər 1217 dəfə oxundu.