“Azeryol” və “Fakro” voleybol komandaları arasında keçiriləcək oyunların tarixi bəlli oldu
Avropa Voleybol Konfederasiyası (CEV) Kuboku yarışlarının çellenc raundu çərçivəsində “Azəryol” və “Fakro” (Polşa) komandaları arasında keçiriləcək oyunların tarixi müəyyənləşmişdir.

Qadın voleybolçularımız ilk oyunu fevralın 5-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 11-də Bakıda keçirəcəklər.


Xəbər 1548 dəfə oxundu.