“Göyəzən” komandası qış transfer dövründə heyətinə 4 futbolçu cəlb edib
Futbol üzrə Azərbaycanın birinci divizionunda çıxış edən “Göyəzən” komandası qış transfer dövründə heyətinə 4 futbolçu cəlb edib.

Qazax təmsilçisi Kamran Dəmirov, Ənnağı Məmmədov, İlham Məmmədli və Fərid Alıyev ilə müqavilə imzalamışdır. Bundan əlavə, klub Kənan Novruzov, Azər İbrahimov, Anar İmanquliyev və Fazil Vəliyev ilə yollarını ayırmışdır.

Xəbər 934 dəfə oxundu.