Goranboy cüdo üzrə açıq rayon birinciliyi keçirilib
24-26 yanvar tarixlərində 2 fevral – Gənclər Günü münasibəti ilə cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı orta məktəbdə 225 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, gənclər gününün qeyd edilməsi, cüdo idman növünün təbliğ edilməsi və kütləviliyinə nail olmaq, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi, komandanin komplekleshdirilmesi olub.

Sonda qaliblər fəxri fərman və medallarla mükafatıandırılıblar.

Xəbər 929 dəfə oxundu.