PSJ-dən "Roma"nın futbolçusuna 55 milyon avro
Fransanın PSJ klubu transfer çalışmalarını davam etdirir.

Paris təmsilçisi "Roma"nın yarımmüdafiəçisi Miralem Pyaniçə "elçi" düşüb.

Fransa liqasının hazırkı lideri bosniyalı futbolçunun transferi üçün qarşı tərəfə 55 milyon avro təklif edib. Lakin "canavarlar" hələlik bu təklifə heç bir münasibət bildirməyiblər. Tərəflər arasında razılıq əldə olunarsa, Pyaniç mövsümün ikinci yarısından PSJ-nin şərəfini qoruyacaq.

Qeyd edək ki, 2011-ci ildən "Roma"nın şərəfini qoruyan 23 yaşlı futbolçu 9 dəfə rəqib qapılarına yol tapıb.


Xəbər 774 dəfə oxundu.