“Real”dan sürpriz transfer
“Real” qış transfer pəncərəsi dönəmində heyətinə yeni futbolçu cəlb edib. Klubun saytı Braziliya “Santos”undan Uilyan Josenin sonradan satın alma şərti ilə mövsümün sonuna qədər icarəyə götürdüklərini açıqlayıb.

22 yaşlı futbolçu hələlik İspaniya ikinci liqasında yarışan “Real”ın ehtiyat komandasında oynayacaq.

Gənc hücumçu Braziliya U-20 millisi ilə 2011-ci ildə dünya çempionu olub, ölkəsinin A seriyasında 77 matçda 12 qol vurub.

Xəbər 783 dəfə oxundu.