"Real" heyətinə yeni qapıçı cəlb edə bilər
"Real" heyətinə yeni qapıçı cəlb edə bilər.

"Marca" qəzeti iddia edib ki, hazırda Madrid klubunun qapıçıları Dieqo Lopez və İker Kasilyasın "Real"dakı gələcək taleyi bəlli deyil. Bildirilib ki, Lopez Kasilyasdan zəif olması barədə fikirlərdən yorulduğu üçün klubdan ayrılmaq fikrinə düşüb. İkerin isə daha çox oynaya biləcəyi bir komandaya transfer olma ehtimalı var.

Bunları nəzərə alan "Real" artıq qapıçı axtarışlarına başlayıb. Madrid klubunun siyahısındakı ilk oyunçunun "Espanyol"un 27 yaşlı qolkiperi Kiko Kasilya olduğu iddia edilir.

Xəbər 781 dəfə oxundu.