Baş məşqçi qalibiyyətin sirrini açıqladı
"Müvəffəqiyyətlə oyunu nəzarət edə bildik. Oyunçularımızı və xüsusilə də, oyun qurucularımı bu qalibiyyət münasibətilə təbrik edirəm. Rəqibin təzyiqinə baxmayaraq, oyuna istiqamət verdilər və 16 asist çıxarmağı bacardılar. Qalatasaray Liv Hospitala da qarşıdakı matçlarda uğurlar diləyirəm ." -bu sözləri Anadolu Efesin baş məşqçisi Vaggelis Aggelou deyib.

İdman.com.az saytının məlumatına görə, Beko Basketbol Liqasının 16-cı həftəsində Anadolu Efes komandası Qalatasaray Liv Hospitalı 78:67 hesabı ilə məğlub edib.

Xəbər 1167 dəfə oxundu.