Türkiyədə superliqasında 14 ildən sonra ilk
Türkiyə superliqasında 14 ildən sonra ilk yaşanıb.

"Fənərbaxça" "Konyaspor"la matçda qalib gələrək ən yaxın izləyicisi "Qalatasaray"la xal fərqini 10-a yüksəldib. Hazırda turnir cədvəlində 44 xalla zirvədə olan Ərsun Yanalın komandası 14 ildən sonra ölkə çempionatında ikinci yerdəki komandadan ikirəqəmli xalla irəlidədir.

Qeyd edək ki, bundan əvvəl "Qalatasaray" 1999/2000 mövsümündə "Beşiktaş"ı 11 xal qabaqlamışdı. Həmin mövsüm "Cim-Bom" turniri çempion olaraq başa vurmuşdu.

Xəbər 855 dəfə oxundu.