İtaliya çempionatının ən yaxşı futbolçusu məlum oldu
Yuventus” klubunun yarımmüdafiəçisi Andrea Pirlo 2012-2013-cü il mövsümündə İtaliya A seriyasının ən yaxşı futbolçusu seçilib. Qol.az-ın məlumatına görə, səsvermə ölkə çempionatının oyunçuları arasında keçirilib.

Pirlo ötən mövsümün simvolik yığmasına da düşüb:

Qapıçı: Samir Handanoviç (“İnter”)

Müdafiəçilər: Kristian Maco (“Napoli”), Andrea Bartsalyi, Corco Kyellini (hər ikisi “Yuventus”), Mattiya De Şilyo (“Milan”)

Yarımmüdafiəçilər: Arturo Vidal, Andrea Pirlo (hər ikisi “Yuventus”), Borxa Valero (“Fiorentina”)

Hücumçular: Edinson Kavani (“Napoli” / PSJ), Antonio Di Natale (“Udineze”), Mario Balotelli (“Milan”).

Lent.az

Xəbər 793 dəfə oxundu.