"Rəvan” Antalya toplanışını başa vurdu
Mövsümün ikinci yarısına böyük ümidlərlə hazırlaşan "Rəvan” Antalya toplanışını başa vurub.

Komanda artıq Bakıya dönüb. 3-cü dövrənin ilk turu çərçivəsində "Bakı” ilə fevralın 2-də qarşılaşacaq "aslanlar” sabahdan hazırlığın son mərhələsinə başlayacaq. Məşqlər "Bayıl Arena”da keçiriləcək.

Qeyd edək ki, "Rəvan” qış hazırlığı çərçivəsində 4 yoxlama oyunu keçirib. İlk oyunda "Sumqayıt” ilə heç-heçə (0:0) edən Güvənc Kurtarın komandası bütün matçları qalib başa vurduq: "Araz Naxçıvan” (1:0), "Uniao”, Braziliya (2:1), "Universitatya Krayova”, Rumıniya (1:0). Xorvatiya elitasının təmsilçisi "Split”ə qarşı oyun isə əlverişsiz hava şəraitini görə baş tutmayıb.

Xəbər 804 dəfə oxundu.