“Lokomotiv” klubu heyətinə yeni voleybolçu cəlb edib
Bakının qadınlardan ibarət “Lokomotiv” klubu heyətinə yeni voleybolçu cəlb etmişdir.

ABŞ millisinin hücumçusu Kessidi Lixtman “Lokomotiv”ə transfer olunmuşdur.
Əvvəllər toppaylayıcı mövqeyində oynamış 25 yaşlı voleybolçu ilə mövsümün sonunadək müqavilə imzalanmışdır. İsveçrənin “Hotel Kristal” kollektivindən “Lokomotiv”ə transfer olunan K.Lixtman hücumdakı boşluğu aradan qaldırarsa anlaşmanın müddətinin uzadılması da istisna deyildir. 2011-ci ildən millisinin şərəfini qoruyan voleybolçu daha əvvəl ölkəsində “Stanford Universiteti” və Polşada “Aluprof” klublarında çıxış etmişdir. O, yığmasının heyətində iki dəfə Panamerika kubokunu və bir dəfə Şimali Amerika çempionatının qızıl medalını qazanmışdır.

Xəbər 1010 dəfə oxundu.