Xuan Mata Ronaldonun formasını geyəcək
"Mançester Yunayted"in yeni transferi Xuan Matanın geyəcəyi formanın nömrəsi məlum olub.

Klub tarixinin ən bahalı transferi olan ispan yarımmüdfiəçi "MY"nın əfsanəvi oyunçularının geydiyi 7 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, bu nömrəli forma ilə Brayan Robson, Erik Kantona, Devid Bekhem və Kriştiano Ronaldo kimi ulduz futbolçular oynayıb. Ötən mövsüm isə 7 nömrə altında Antoni Valnsiya çıxış etsə də, bu mövsümün əvvəli seçimini 25 nömrədən tərəf edib.

Xatırladaq ki, X.Mata "MY" ilə 4.5 illik müqavilə imzalayıb.

Xəbər 1024 dəfə oxundu.