"Çelsi" Dieqo Kosta ilə razılığa gəldi
"Çelsi" "Atletiko"nun futbolçusu Dieqo Kostanı mövsümün sonunda transfer etmək üçün oyunçu ilə razılığa gəlib.

Bu barədə İspaniya mətbuatı yazıb. Hücum xəttində problemlər yaşayan London klubunun baş məşqçisi Joze Mourinyo ispan hücumçunu komandaya gətirməyə qərar verib. İddia edilib ki, "Çelsi" Kosta üçün Madrid klubuna 32 milyon avro ödəyəcək və ya Tiba Kurtua və Romelu Lukaku ilə dəyişəcək.

İspaniyanın məşhur mencerlərindən Franços Qallardo La Liqa təmsilçisinin futbolçunun transferinə razılıq verəcəyini deyib.

Qeyd edək ki, Kosta 2010-cu ildən "Atletiko"da oynayır.

Xəbər 814 dəfə oxundu.