Ferrari 2014 mövsümündə yarışacaq maşının adı bəlli oldu
Ferrari komandası yeni mövsümdə istifadə edəcəyi maşının tanıtımı reallaşdırıb.

İdman.com.az saytının məlumatına görə, Ferrari komandası bu mövsüm Fernando Alonso və Kimi Raikkonen ilə birlikdə mübarizə aparacaq.

Oyunda iştirak edəcək yeni maşınların adları tərəfdarlardan gələn səs çoxluğu ilə təyin edilib. Yeni avtomobil üçün F166 Turbo, F14 Scuderia, F14 Maranello, F616 və F14 T adlı maşınlar təklif edilib.

Səs çoxluğuna görə, Ferrarinin 2014 mövsümündə yarışacaq vasitənin adı F14 T təyin olunub.

Xəbər 966 dəfə oxundu.