"Ümid edirəm ki, "Neftçi" bu mövsüm də çempion olacaq"
Polşanın “Şlonsk” klubunun baş məşqçisi Stanislav Levı “Neftçi” ilə bu gün baş tutan yoxlama oyunundan (3:1) sonra fikirlərini klubun rəsmi saytına bildirib.

Polşalı mütəxəssis rəqib haqda xoş sözlər deyib və "Neftçi"yə uğurlar arzulayıb:

“Maraqlı oyun oldu. “Neftçi” təcrübəli komandadır, zəif rəqib deyil. Bizə qarşı aqressiv və sürətli oynadılar. “Neftçi” xüsusən cinahlarda yaxşı təsir bağışlayırdı. Bilirdik ki, “Neftçi” daha çox gənc futbolçulara şans verib. Biz də hər iki hissədə fərqli heyətlə çıxış etdik. Sevinirəm ki, yetirmələrim tapşırıqlarımı yerinə yetirdilər. Rəqibə Azərbaycan çempionatında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm də “Neftçi” çempion olacaq”.

Xəbər 890 dəfə oxundu.