Millimiz Küveytə qalib gəldi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Küveytin U-21 komandası ilə qarşılaşan yığmamız Tərlan Quliyev və Kərəm Benkhenin vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, bunadək millimiz “Antalyaspor”u 5:3, Qazaxıstanın U-21 komandasını isə 1:0 hesabı ilə məğlub etmiş, Siqapurun U-21 milliisi ilə isə 1:1 hesablı bərabərə qalmışdı

Xəbər 834 dəfə oxundu.