“Synergy Baku”ya daha bir dəvət
Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) birgünlük Almatı Turuna (Tour of Almaty) 1.1 kateqoriyasının verilməsi ilə bağlı qərar qəbul edib. Bu isə o deməkdir ki, cari ilin avqustun 3-də keçiriləcək nüfuzlu yarışda Pro Tur komandaları da iştirak edəcək.

İdman.com.az xəbər verir ki, artıq təşkilatçılar “Tour of Almaty”da iştirak etmək üçün 20 komandaya dəvət göndəriblər ki, bunların içərisində “Astana Pro Team”, “Katusha Team”, “Giant-Shimano”, “Movistar”, “Omega Pharma - Quick-Step” kimi dünya liderləri də var.

Diqqət çəkən məqam Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku Cycling Project” Kontinental komandasının planetin ən güclü kollektivləri ilə mübarizə aparmaq üçün növbəti dəfə Astana Turuna dəvət almasıdır. Iştirakçılar birgünlük yarışda 186 km məsafə qət etməlidirlər.

Xəbər 869 dəfə oxundu.