Demba Ba "Trabzonspor"la razılığa gəldi
“Çelsi”nin hücumçusu Demba Ba karyerasını Türkiyədə davam etdirə bilər. Qardaş ölkənin bəzi nəşrlərinin məlumatına görə, “Trabzonspor” artıq seneqallı futbolçunun şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Bundan sonra Qaradəniz klubu “Çelsi” ilə transferi həll etməlidir. Amma Fernando Torresin zədələnməsi bu keçidə mane ola bilər. Londonluların baş məşqçisi bununla bağlı Banı başqa kluba buraxmaq istəmir.

Xəbər 838 dəfə oxundu.