UEFA "Avro-2016"da dəyişiklik etdi
UEFA 2016-ci ildə Fransada təşkil olunacaq Avropa çempionatı ilə bağlı bəzi yeni qərarlar verib.

Sözügedən çempionatda ilk dəfə iştirak edəcək Qibreltarla İspaniya yığması siyasi səbəblərdən qarşılaşmayacaq. O cümlədən ötən illərdə olduğu kimi Ermənistan və Azərbaycan, Rusiya ilə Gürcüstan da üz-üzə gəlməyəcək.

Ən əsas dəyişiklik budur ki, turnirə final mərhələsindən qatılacağı planlaşdırılan ev sahibi Fransa millisi seçmə mərhələdə iştirak edəcək. Ancaq yığmanın oynadığı heç bir qarşılaşmanın hesabı nəzərə alınmayacaq. Yəni bu oyundakı nəticələr turnir cədvəlinə təsir etməyəcək.

Qeyd edək ki, millimiz "Avro-2016"da beşinci səbətdə yer alıb.

Xəbər 1222 dəfə oxundu.