Falkao: “Mümkün olmayanı etməliyəm”
Ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilən "Monako"nun və Kolumbiya millisinin futbolçusu Radamel Falkao DÇ-2014-ə iştirak edəcəyinə ümid edir.

"Tvitter"dən ona dəstək olan azarkeşlərə təşəkkürünü bildirən 27 yaşlı hücumçu tez sağalmaq üçün çalışacağını deyib:

"Zədələndiyim üçün çox təəssüflənirəm. Dəstək olan bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Məni ayaqda tutan tək şey dünya çempionatında oynamaq arzumdur. Allahın köməyi ilə mümkün olmayan işi bacaracağıma inanıram".

Qeyd edək ki, Falkao bu gün əməliyyat olunacaq.

Xəbər 844 dəfə oxundu.