23-cü lisenziyamız Gürcüstanda qazanıldı

Azərbaycan London Olimpiadasına 23-cü lisenziyanı qazanıb.

Lisenziyanın sahibi Gürcüstanda keçirilmiş beynəlxalq turnirdə stipl çeyz üzrə 3000 metr məsafəyə qaçışda olimpiya normativini yerinə yetirmiş yüngül atlet Layeş Abdullayevadır.

Qeyd edək ki, bu, yüngül atletika üzrə Azərbaycan idmançılarının ikinci lisenziyasıdır. Bundan əvvəl çəkictullama üzrə Dmitri Marşin lisenziya qazanmışdı.

AzərTAc

Xəbər 1196 dəfə oxundu.