"Bakı" klubu bu gün növbəti yoxlama oyununa çıxacaq | |
İspaniyada təlim-məşq toplanışını davam etdirən "Bakı" klubu bu gün növbəti yoxlama oyununa çıxacaq. Milinko Pantiçin komandası Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələcək. Qeyd edək ki, "Styaua" hazırda Rumıniya çempionatında 3-cü pillədə qərarlaşıb. "Bakı" buna qədər Albaniyanın "Laçi" klubu ilə sınaq matçına çıxıb və 4:0 hesabı ilə qalib gəlib, İspaniyanın "Real Balompedika Linense" klubunu isə 1:0 hesabı ilə üstələyib. 22 yanvar Yoxlama oyunu 21:00. "Bakı" - "Styaua" |
|
Xəbər 841 dəfə oxundu. |
|
|