"Mançester Siti" 38 il sonra | |
İngiltərənin "Mançester Siti" klubu 38 ildən sonra bir ilkə imza atıb. Dünən klub İngiltərə liqa kubokunda "Vest Hem"lə cavab qarşılamasında qalib gələrək iki oyunun nəticəsinə (6:0, 3:0) əsasən finala adını yazdırıb. Bununla da "Mançester Siti" 1976-ci ildən sonra yenidən finala çıxıb. Manuel Pelleqrinin komandasının rəqibi "Sanderlend" - "Mançester Yunayted" matçının qalibi olacaq. Qeyd edək ki, "Mançester Siti" bu qələbə ilə məğlubiyyətsizlik seriyasını 18-ə yüksəldib. |
|
Xəbər 1102 dəfə oxundu. |
|
|