"Nou Kamp" stadionunda Lionel Messinin heykəli qoyula bilər
"Barselona"nın ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunda Lionel Messinin heykəli qoyula bilər.

Kataloniya klubunun prezidenti Sandro Rosellin keçirdiyi mətbuat konfransında bir jurnalist yeniləcənəyi planlaşdırılan stadiona argentinalı hücumçunun heykəlinin qoyulub-qoyulmayacağı ilə bağlı sual verib. Bu təklifi bəyənən S.Rosell məsələni gündəmdə saxlayacaqlarını deyib:

"Bu fikri çox bəyəndim. Bunun daha əvvəl düşünməmişdik, amma gündəmdə saxlayacağıq."

Xəbər 822 dəfə oxundu.