"İnter" Almaniya klubu ilə qarşılaşacaq
Türkiyədə hazırlıqlarını davam etdirən Bakının "İnter" klubu daha bir yoldaşlıq matçı keçirməyə hazırlaşır.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün baş tutacaq oyunda rəqibin adı da artıq məlumdur.

Kaxaber Sxadadzenin komandası Almaniyanın "Zeits" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.


Xəbər 828 dəfə oxundu.