Yunan-Roma güləşçilərizin yeni çəkidə ilk sınağı
Sabah Tehranda yunan-Roma güləşçiləri arasında ənənəvi "Yadigar İmam Kuboku" beynəlxalq turniri start götürəcək. İdman.com.az saytı xəbər verir ki, sayca 34-cü dəfə keçirələcək yarışda 10 ölkənin - İran, Azərbaycan, Türkiyə, Yaponiya, Koreya Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistan milli komandaları iştirak edəcəklər.

Bizdən bu rəqabətdə Elman Muxtarov (59 kq), Azad Əliyev (66 kq), Hacımurad Bağmanov (71 kq), Niyaməddin İbrahimov (75 kq), Elvin Mürsəliyev (80 kq), Orxan Nuriyev (85 kq), Araz Həsənov (98 kq) və Valera Rodriqes (130 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki dərəcələrində dəyişikliklər edib və bahadırlarımız ilk dəfə olaraq yeni çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Hakimlər briqadasında beynəlxalq dərəcəli referi Kamran Əliyev yer alacaq.

Turnirin proqramına əsasən, yanvarın 23-də 59, 71, 80 və 98 kq, ayın 24-də 66, 75, 85 və 130 kq çəkilərdə qaliblər müəyyənləşəcəklər.

Millimizin məşqçilər Fuad Rəhmani və Saman Əhmədi, AGF tərəfindən Tehrana ezam olunmuş «İdman» qəzeti və idman.com.az saytının əməkdaşına açıqlamasında dedi ki, bu mübarizədə məşqçilər heyəti «ikinci nömrələr»in çıxış etməsinə qərar verib. Məqsəd, ehtiyat qüvvənin yarış təcrübəsini daha yaxşılaşdırmaq, onları daha böyük sınaqlara hazırlamaqdır.

Kamran HACI
Tehran




Xəbər 1127 dəfə oxundu.