"Xəzər Lənkəran" braziliyalı müdafiəçi ilə anlaşıb
"Xəzər Lənkəran" braziliyalı müdafiəçi ilə anlaşıb. Orxan Əliyev, Slavik Alxasov və Tomiçin ardından cənub klubu Villian Tyeqonu heyətinə qatıb.

Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, cənub təmsilçisində uğurla baxışdan keçən mərkəz müdafiəçisi yenidən vətəninə qayıdıb. O, bütün əşyalarını topladıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, 28 yaşlı müdafiəçinin son klubu "Fiqeyrense" olub. Onu “Xəzər Lənkəran”a seleksiyaçı məşqçi Mario Souza məsləhət görüb.

Xəbər 867 dəfə oxundu.