Kriştianu Ronaldo: “Dünya çempionu olmağı arzulayıram”
“Qızıl top”un sahibi Kriştianu Ronaldo gələcək planlarından danışıb. Portuqaliyalı ulduz dünya çempionu tituluna sahib çıxmağı xəyal etdiyini bildirib: “Gələcəkdə də xeyli sayda titul qazanmaq istəyirəm. Arzum dünya futbolunun tarixinə düşməkdir. Hazırda hər şeydən çox dünya çempionu olmağı arzulayıram. Bunu bacarsam, karyeramın pik nöqtəsi olacaq. İnamımı itirmirəm. Çətin də olsa, Portuqaliya yığması ilə bu arzumu reallaşdıracağıma ümid edirəm”.

Xəbər 876 dəfə oxundu.