Mançester Yunayted 37 milyona Matanı almağa yaxındır
Mançester Yunaytedi Çelsi ilə Xuan Matanın transferilə bağlı danışıqları uğurla davam edir. İspaniya yığmasının yarımmüdafiəçisi Çelsidəki hazırki vəziyyətindən narazıdır. O, çox nadir hallarda əsas heyətdə yer ala bilir. Devid Moyes futbolçunu transfer etmək üçün 37 milyon funt sterlinqdən keçməlidir. Yarımmüdafiəçilə eyni zamanda PSG-də ciddi şəkildə maraqlanır.

Xəbər 846 dəfə oxundu.