"Simurq" növbəti yoxlama oyununu keçirib
Antalyada təlim-məşq toplanışını davam etdirən "Simurq" növbəti yoxlama oyununu keçirib. Tanzaniya çempionatının lideri "Young Africans" klubu ilə görüşən Zaqatala təmsilçisi 0:2 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirərək, meydandan heç-heçə ilə ayrılıb - 2:2.

Qeyd edək ki, "Simurq" ilk yoxlama matçında "Velbert"i (Almaniya) 1:0 hesabı ilə məğlub edbi.

"Simurq" - "Young Africans" 2:2

Qollar: Anderson Oliveyra 44, Murad Səttarlı, 49

Xəbər 853 dəfə oxundu.