Ufuk Budak “Eskişehirspor”u tərk etdi
Millimizin müdafiəçisi Ufuk Budak “Eskişehirspor”u tərk edib. Budak Türkiyənin birinci divizion komandası “Qaziantep BB”yə keçib. Budak dünən komandasının heyətində çempionatın 20-ci tur oyununda “Adana Dəmirspor”a qarşı meydana çıxıb və görüş 1:2 hesabı ilə başa çatıb. Budak 90 dəqiqə meydanda mübarizə aparıb.

Hazırda “Qaziantep BB” 24 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər 835 dəfə oxundu.