Kartinq turnirinin qalibi Liutsi oldu
Red Bull, Toro Rosso, Force İndia və HRT komandalarının keçmiş sürücüsü, kartinq üzrə 2011-ci ilin dünya çempionu Vitantonio Liutsi Felipe Massanın Penye şəhərində təşkil etdiyi ənənəvi kartinq turnirinin qalibi olub.

Turnirdə əvvəlki illərdən fərqli olaraq cəmi bir yarış olub - şənbə günü güclü yağış üzündən yarış təxirə salınıb, ona görə də titulun taleyi bazar günü həll olunub. Ulduzlar sinfində cəmi iki qonaq olub - Liutsi və Sebastyen Buemi, digər sürücülər isə Braziliyanı təmsil ediblər, amma məhz qonaqlar podiumun yüksək pillərini zəbt ediblər. Turnirin təşkilatçısı Massa isə yerli sürücülər arasında birinci olmaqla podiumun aşağı pilləsinə qalxıb.

Xəbər 695 dəfə oxundu.