21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyununda qələbə qazanıb
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

“Antalyaspor” klubunun U-21 komandası ilə qarşılaşan yığmamız 5:3 hesabı ilə qələbə qazanmışdır. Türkiyə təmsilçisinin qapısına qolları Ümit Sönməz (2 qol), İlham Allahverdiyev, Elvin Camalov və Məhəmməd Qurbanov vurmuşlar.

Xəbər 1055 dəfə oxundu.