"Nou Kamp" stadionu yenilənəcək
"Barselona" ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunu yeniləyəcək.

Bu barədə Kataloniya klubunun prezidenti Sandro Rosel açıqlamasında deyib:

"Bizim üçün çətin bir qərar idi. Həm yeni stadionun tikilməsi, həm də "Nou Kamp"ın yenilənməsi barədə fikirlərimizi bildirdik. Son olaraq hazırkı stadionun yenilənməsinə qərar verdik. "Nou Kamp həm tarixi, həm də memarlıq baxımından əvəzolunmaz stadiondur. Yeni stadion tikmək isə böyük maliyyə vəsaiti tələb edəcəkdi".

Xəbər 813 dəfə oxundu.