"Araz-Naxçıvan"ın müdafiəçisi sıraya dönüb
Ayağındakı zədə səbəbindən Türkiyədə 10 günlük müalicə keçən "Araz-Naxçıvan" klubunun futbolçusu Mikayıl Rəhimov bu gün Vətənə dönüb. İdman.com.az xəbər verir ki, geri dönər-dönməz komandanın axşam məşqinə qatılan müdafiəçimiz, artıq özünü normal hiss edir. Arxa xətt oyunçusu müalicə prosesi barədə fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb:

"İstanbulda 10 günlük müalicə kursu keçdim. Artıq vəziyyətin xeyli yaxşılaşdığını deyə bilərəm. Özümü normal və daha doğrusu gümrah hiss edirəm. Çempionat başlayanacan formamı bərpa etmək və heyətdəki yerimə geri dönmək fikrindəyəm"

Xəbər 925 dəfə oxundu.