“Nou Kamp"ın altı məzarlıq olacaq
"Barselona"nın "Nou Kamp" stadionunun altı qəbirstanlıq olacaq.

50-99 il arası icarəyə götürülə biləcək məzarların qiyməti 3000-6000 avro olacaq. Məzarlıqda 30 min nəş üçün yer ayrılacaq.

Klubun nümayəndəsi Ramon Vidal-Abarka bu layihənin komandanın azarkeşlərinin istəyi ilə həyata keçirildiyini deyib.

Qeyd edək ki, "Boca Juniors" və "Hamburq" klublarında bu cür məzarlıqlar mövcüddür.

Xatırladaq ki, "Barsa" azarkeşləri üçün həmçinin klubun emblemi və rənglərin yer aldığı tabutları da satışa çıxarmağı planlaşdırır.

Xəbər 885 dəfə oxundu.