"Çempionlar Liqasında ingilis klublarını favorit görmürəm"
Rusiya millisinin baş məşqçisi Fabio Kapello bu mövsüm Çempionlar Liqasında favorit gördüyü klubların adlarını açıqlayıb.

İtaliyalı mütəxəssis ingilis klublarını favoritlər sırasında görmədiyini bildirib:

"Bu mövsüm Çempionlar Liqasında "Bavariya", "Real" (Madrid) və "Barselona" klublarını favorit görürəm. Hər üç komanda hazırda əla formadadırlar. İngilis klublarına gəldikdə isə onlar arasında heç bir favoritim yoxdur. "Arsenal" yaxşı komandadır. Ancaq onların müdafiəsində problemlər var. İngilis klublarından yalnız "Çelsi"nin nəsə edəcəyinə ümid bəsləmək olar".

Qeyd edək ki, İngiltərəni Çempionlar Liqasında "Arsenal", "Çelsi", "Mançester Yunayted" və "Mançester Siti" klubları təmsil edir.

Xəbər 952 dəfə oxundu.