Loran Blan: "Messini transfer etmək niyyətimiz yoxdur"
PSJ klubunun baş məşqçisi Loran Blan "Barselona"nın hücumçusu Lionel Messini rekord məbləğə transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bu xəbəri təkzib edən fransız mütəxəssis Messinin "Barselona"ya məxsus olduğunu deyib:

"Bu haqda çox danışılır. Ancaq bizim Messini almaq niyyətimiz yoxdur. O, "Barselona"ya məxsusdur. Qışda edəcəyimiz transferlərə gəldikdə isə daha əvvəl də demişdim, bir ulduz futbolçu istəyirik. Ancaq bu yarımmüdafiə xəttinə olacaq. Başqa heç bir transfer olmayacaq".

Qeyd edək ki, PSJ-nin "Yuventus"dan Pol Poqba, "Çelsi"dən isə Xuan Mata və Eden Hazardla maraqlandığı bildirilir.

Xəbər 862 dəfə oxundu.