Qvardiola "Barselona"nın futbolçusunu istəyir
"Barselona" klubunun müdafiəçisi Xerard Pike karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

İspaniyalı futbolçu ilə "Bavariya" klubu yaxından maraqlanır.

Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola sabiq futbolçusunu komandasında görmək istəyir. Lakin 26 yaşlı futbolçu "Barselona" ilə 2018-ci ilə qədər müqavilə yeniləmək istədiyini açıqlayıb.

Qeyd edək ki, bu mövsüm "Barselona"nın heyətində 22 oyuna çıxan Pike cəmi iki dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 887 dəfə oxundu.