"İnter" hazırlığını davam etdirir
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" klubu hazırlığını davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün komanda plana uyğun olaraq iki dəfə məşq edib.

Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra qapıya zərbələr üzərində çalışıblar.

Axşam məşqində isə komanda müxtəlif taktiki tapşırıqları yerinə yetirib. Məşq prosesi ikitərəfli oyunun keçirilməsilə başa çatıb.

Xatırladaq ki, "İnter" bu gün növbəti yoxlama matçını keçirəcək. Komandanın rəqibi Qazaxıstanın "Aktobe" klubu olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 17:00-da başlayacaq.

Xəbər 1014 dəfə oxundu.