Nigeriyalı futbolçu rəsmən "Monako"da
“Monako” yanvar ayı üçün növbəti transferini edib.

“Braqa”nın (Portuqaliya) futbolçusu Elderson Eçidjileni heyətinə qatıb. 25 yaşlı müdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nigeriya millisinin də üzvü olan Elderson bu mövsüm "Braqa"da 12 matçda iştirak edib.

Xəbər 753 dəfə oxundu.