Anderson "Mançester Yunayted"dən ayrıldı
"Mançester Yunayted"in futbolçusu Anderson "qırmızı-şeytanlar"dan ayrılıb.

Oyunçu "İnstaqram" hesabından daha çox matçlarda iştirak etmək üçün "Fierontina"ya transfer olunduğunu açıqlayıb: "MY"a təşəkkürümü bildirirəm. Komanda yoldaşlarımı,dostlarımı, azarkeşləri heç vaxt unutmayacam.Hamınızı sevirəm. İndi ayrılmalıyam, çünki daha çox oynamaya ehtiyacım var. "Fiorentina"da ən yaxşı oyunumu nümayiş etdirməyə çalışacam".

Qeyd edək ki, Andersonun bu gün "Fiorentina" ilə rəsmi müqavilə imzalayacayağı gözlənilir.

Xəbər 903 dəfə oxundu.