Mourinyo: "Karyeramın sonuna qədər "Çelsi"də qalaram"
"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo gələcək karyerası haqda danışıb.

"BBC Sport"a müsahibə verən portuqaliyalı mütəxəssis karyerasının sonuna qədər "Çelsi"də qalmaq istədiyini deyib:

"Çelsi" istəmədiyi müddətdə heç kəs məni buradan ayıra bilməz. Çünki hazırda aid olduğum yerdəyəm. Sonrakı iş yerimi düşünmək belə istəmirəm. Çünki yeni macəraya, yeni müqaviləyə həvəsim yoxdur. Pul istəmirəm, artıq yetəri qədər qazandım. "Çelsi" rəhbərliyinə sonuna qədər burada qalacağımı dedim. Qarşıdakı 3 il ərzində yeni müqavilə təklif etsələr, bunu qəbul edəcəm. Çünki "Çelsi"dən ayrılmağı düşünmürəm".

Qeyd edək ki, Mourinyo həmçinin Premyer Liqada sonuna qədər çempionluq uğrunda yarışacaqlarını bildirib.

Xəbər 826 dəfə oxundu.