Anri: "Arsenal"ı yenidən çempion görmək istəyirəm"
"Arsenal" klubunun canlı əfsanəsi Tyeri Anri sabiq komandası haqda danışıb.

Fransız futbolçu "Arsenal"ı Premyer Liqanın çempionu görmək istədiyini bildirib:

"Mən hələ "Barselona"da olarkən belə "Arsenal"ın oyunlarını izləyirdim. Onlar mövsümə əla başladılar və inanıram ki, sona qədər liderliyi qoruya biləcəklər. Uzun müddət sonra yenidən "Arsenal"ı çempion görmək istəyirəm. Arsen Vengerə gəldikdə isə o komandanın oyun fəlsəfəsini dəyişib. Azarkeşlərin də rəğbətini qazanıb və hər kəs ona hörmət edir".

Qeyd edək ki, "Arsenal"ın heyətində 369 oyun keçirən Anri 226 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 867 dəfə oxundu.