“Synergy Baku” mövsümə dünya brendi ilə start verir
Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun 2014-cü ildə əməkdaşlıq edəcəyi brendin adı məlumdur. İdman.com.az sayti xəbər verir ki, razılığa əsasən komanda üzvlərimiz 2014-cü ildə ABŞ-ın “Fuji” kompaniyasının “SST 1.1” tipli velosipedlərindən istifadə edəcək.

“Synergy Baku” komandası ilə əməkdaşlıq etməkdən çox məmnunuq” – deyə, “Fuji”nin meneceri Miley Gelvez bildirib. Uzun illər Qərbi Avropa komandaları ilə əməkdaşlıq edən şirkət indi Asiyadan Avstraliyaya qədər olan bir coğrafiyanı əhatə edir. “Synergy Baku“ isə şirkət üçün açılan yeni bir səhifədir. “Fuji SST” peşəkar velosipedçi üçün əla seçimdir. Modelin adı isə “Super Stiff Team” – yəni, Super Möhkəm Komanda” anlamına gəlir ki, bu da sprinterə yarış zamanı özünü tam rahat hiss etməyə imkan verir.

“Fuji SST” “Giro d”Italia”, “Vuelta” kimi çoxgünlük veloyürüşlərdə sınaqdan çıxmış bir modeldir. Bu üzdən də “Synergy Baku”nun velosipedlərimizdən istifadə etməsi bizi çox fərəhləndirir” – deyə Miley Gelvez fikirlərini tamamlayıb.

Qeyd edək ki, “Fuji SST” brendi komandamızın bəzi üzvlərinə artıq tanışdır. Məsələn, ötən il Matt Bremier buşirkıtin velosipedi ilə çempion sistemində çıxış edib, Markus Eybegger isə “Footon-Servetto”da mübarizə aparıb. Artıq komanda üzvlərinin ixtiyarında olan yeni velosipedi isə Patrik Leyn bazar günü Avstraliya Milli Çempionatında sınaqdan keçirib.

“Bu qeyri-adi bir velosipeddir. Ümid edirəm ki, “Fuji SST”nin sayəsində bu il bizim qələbələrimiz çox olacaq” – deyə, Patrik Leyn bildirib.

Velosipedlərdən başqa, “Fuji” kompaniyası “Synergy Baku”nu “Bont Cycling” (ayaqqabı), “Schwalbe” (velosiped şini), “HED Cycling” (təkər) və “SMS Santini” (idman geyimi) ilə də təhciz edəcək.

Xəbər 945 dəfə oxundu.