Avropa Voleybol Liqasında iştirak edəcək ölkələrin adları açıqlandı
2014 CEV Avropa Voleybol Liqasında iştirak edəcək ölkələrin adları bəlli olub .
      
İdman.com.az saytı xəbər verir ki, Türkiyə Voleybol Federasiyasından verilən məlumata görə, 2014 CEV Avropa Voleybol Liqasında 18 ölkə iştirak edəcək.
      
Qadınların A qrupunda Bolqarıstan, Azərbaycan, Sloveniya, B qrupunda isə Almaniya, Polşa, İspaniya və Yunanıstan milliləri çıxış edəcək.

Kişilərin A qrupunda da Polşa, Yunanıstan, Çernoqoriya, Rumıniya və Azərbaycan, B qrupunda isə Sloveniya, Avstriya, Danimarka və Makedoniyanın milliləri mübarizə aparacaq.
      
Qeyd edək ki, 2014 CEV Avropa Voleybol Liqasının çempionları 2015 FIVB Dünya Liqası və Dünya Grand Prixində iştirak etmək hüququ qazanacaq.

Xəbər 1245 dəfə oxundu.