"Simurq"un əvəzedici heyəti növbəti yoxlama oyunun keçirdi
Qış hazırlıqlarını davam etdirən "Simurq"un əvəzedici heyəti növbəti yoxlama oyunun keçirib. Zaqatala təmsilçisi I divizion təmsilçisi "Turan-T"nin qonağı olub. Rövşən Babayevin yetirmələri qarşılaşmadan 2:1 hesabıyla qalib ayrılıb. Zaqatala təmsiçisinin qollarını 35-ci dəqiqədə Asim Babazadə və 47-ci dəqiqədə Osman Qurbanov vurub.

Qeyd edək ki, bundan öncə isə "Simurq" "Kəpəz"lə görüşdə gücünü sınaqdan keçirmiş və oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

Xəbər 858 dəfə oxundu.