PSJ-dən Luis Suarezə 42 milyon avro
"Liverpul" klubunun hücumçusu Luis Suarez daha bir komandanın transfer hədəfinə düşüb.

Fransanın PSJ klubu uruqvaylı futbolçunun xidmətində maraqlıdır.

Paris təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün 42 milyon avro, üstəlik Esekiel Lavezzi və Xavyer Pastoreni də qarşı tərəfə verməyə hazırdır. Lakin "Liverpul" rəhbərliyi daha öncə birmənalı şəkildə komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Suarezi satmayacaqlarını bəyan edib.

Qeyd edək ki, Suarez bu mövsüm Premyer Liqada keçirdiyi 16 oyunda 22 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 843 dəfə oxundu.